Qubaya istirahətə gəlmək istəyən vətəndaşlara burada virus yayıldığı deyilib. Bu haqda ShimalNews 5 avqust tarixində Qaynarinfo-ya istinadən məlumat verir.

Məlumata görə, səfərdən əvvəl qonaqlar yer bron etmək üçün restoranların birinə zəng ediblər. Onlara xəstəlik haqqında xəbərdarlıq edilib.

Vətəndaşlar bildiriblər ki, ötən həftə onların yaxınları Qubada istirahətdə olublar. Onlarda qızdırma, qusma, ishal müşahidə olunur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edilib. Qurum cavab verib ki, onlara qeyd olunan infeksiya ilə bağlı müraciət daxil olmayıb.