Qubada təmizlik aksiyası zamanı vətəndaşlar ətraf mühiti qorumağa sövq edilib. Bu barədə ShimalNews 5 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
Tədbir bu gün Quba meşəbəyliyində keçirilib. Burada Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirliklərinin regional bölmələrinin, yerli icra hakimiyyəti orqanlarının, Asan könüllülərinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.