Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 5 avqust tarixində məlumat verir.

Hadisə Ərməki kəndi ərazisində baş verib. Yükdaşıyan “KamAZ” markalı avtomobil təqribən 100 m hündürlükdən dərəyə yuvarlanıb. Nəticədə maşında olan 1 nəfər sərnişin dünyasını dəyişib, digər 3 nəfər isə xəsarət alıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər. Meyit dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.