Bu gün İsmayıllıda növbəti ümumrespublika təmizlik aksiyası keçirilib. Bu barədə ShimalNews 5 avqust tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və RİH-nin birgə təşkilatçılığı ilə keçirilib. Təmizlik işləri Qalınçaq meşəbəyliyinin ərazisində və Topçu kəndinin yaxınlığında təşkil olunub.
Aksiyada dövlət qurumları və fəal gənclər iştirak ediblər. Toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə poliqona daşınıb.