İsmayıllıda 2 gənc itkin düşüb. Bu haqda ShimalNews 5 avqust tarixində Apa-ya istinadən məlumat verir.

Şəhər sakini, 19 yaşlı Aytac Mayılova və 19 yaşlı Kürdmaşı kənd sakini Ağaverdi Xəlilov iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar.

Şəkildə göstərilmiş şəxslər haqqında məlumatı olanlardan aşağıda göstərilən nömrələrə müraciət etmələri xahiş olunur:

“102 Zəng Mərkəzi” xidməti, (020) 285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil.