İsmayıllı rayonunun İstisu kəndinin yolsuzluğu sakinlərə çətinlik yaşadır. Bu haqda ShimalNews 5 avqust tarixində Jamaz.info-ya istinadən məlumat verir.

Rayon mərkəzindən 27 km məsafədə yerləşən bu kəndin 1500 nəfərdən çox əhalisi və 400-ə yaxın təsərrüfatı var.

Dörd tərəfi dağ, çay və meşə olan səfalı İstisuya turistlər gələ bilmirlər. Sakinlər nəinki avtomobillə, hətta piyada gəzməyin çətin olduğunu vurğulayıblar. Onlar əsas yolun uzunluğunun 2 km oluduğunu bildiriblər.

Məsələ ilə bağlı müvafiq qurumlara müraciətlər olub, lakin heç bir nəticə əldə olunmayıb.

İsmayıllı kəndinin 1500 sakini yol həsrətindədir