İsmayıllıda qanunsuz kömür istehsalının qarşısı alınıb. Bu haqda ShimalNews 5 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, kömür quyuları Müşkəmir kəndində vətəndaşların həyətyanı sahələrində aşkar edilib.

Araşdırma zamanı qanunsuz fəaliyyətlə məşğul olanların rayon sakinləri Abil Mehdiyev və Vaqif Osmanov olduqları müəyyən edilib. Həmin şəxslər barəsində akt, protokol tərtib edilib, kömür quyuları isə ləğv olunub.