Qubada “Yanğın təhlükəsizliyi” mövzusu üzrə praktiki təlim keçirilib. Bu barədə ShimalNews 5 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Tədbir iştirakçılarına yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması öyrədilib. Bundan əlavə, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.

Təlim 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən təşkil olunub.