Xaçmazda təsərrüfatçılar açıq tarla şəraitində yetişdirilən pomidorun qiymətindən razı deyillər. Bu haqda ShimalNews 4 avqust tarixində Azərtac-a istinadən məlumat verir.

Sahələrdə iyulun 15-dən başlayaraq pomidorun kütləvi yığımına başlanılıb. Onun topdansatış qiyməti 1 yeşik üçün 5-6 manatdır ki, bu da məhsulun kilosuna 18-20 qəpik deməkdir.

“Pomidoru becərmək üçün bütün ailəmin üzvləri işləyir. Gecə-gündüz onun içindən çıxmırlar ki, qurd düşər, şaxta vurar, xəstəlik düşər. Bu, çox çətin işdir, çox əziyyətli işdir.  Alıcı yoxdur, qiymətlər də çox ucuzdur. Bakının özündə, Sədərəyin özündə yeşiyi 15 manatdan aşağı verməyəcəklər sənə. Burada 6-7 manatadır”, – deyə təsərrüfatçı bildirib.

Alverlə məşğul olanlar Xaçmazda 5 manata alıb, Bakıda 10-15 manata satmaqla məşğul olurlar. Təsərrüfatçılar isə ziyana işləyirlər”.