Xaçmazda yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews 4 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yalama kəndində ümumi sahəsi 60 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Əraziyə yanğınsöndürənlər cəlb olunublar. Tikilinin qalan hissəsi və onun ətrafı yanğından mühafizə edilib.