Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Akif Mövlüd oğlu Mövlanovun anadan olmasının 60 illiyi qeyd edilib. Bu haqda ShimalNews 4 avqust tarixində məlumat verir.

İcra başçısı Elnur Rzayev yubilyarı təbrik edib, xoş arzularını səsləndirib. Dövlət qulluğunda səmərəli fəaliyyətində uğurlar arzulayıb. Daha sonra yubilyarı Fəxri Fərmanla təltif edib və qiymətli hədiyyə ilə mükafatlandırıb.