Xaçmazda orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi üçün abituriyentlərə kömək etmək məqsədilə mərkəz yaradılıb. Bu haqda ShimalNews 4 avqust tarixində Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir.

“Abituriyent Məsləhət Mərkəzi”ndə ödənişsiz əsaslarla xidmət göstərilir. Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsi saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir, sabah avqustun 5-də də həmin cədvəl üzrə açıq olacaq.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 7-dək davam edəcək.