Sabah Quba, Xaçmaz və İsmayıllı rayonlarının meşəbəyliklərində “Təmiz ölkəm” aksiyası çərçivəsində tədbir təşkil ediləcək. Bu barədə ShimalNews 4 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
Tədbirdə yerli əhali, dövlət qurumlarının və təşkilatların əməkdaşları iştirak edəcəklər. Aksiya iştirakçıları meşəbəylikləri tullantılardan təmizləyəcəklər.