Qusar rayonunda Daxili işlər nazirinin qəbulu baş tutub. Bu haqda ShimalNews 4 avqust tarixində quruma istinadən məlumat verir.
Sakinlərlə görüş Qusar Rayon Polis Şöbəsində keçirilib. Görüşdən öncə general-polkovnik Vilayət Eyvazov Heydər Əliyevin abidəsini ziyarət edib. Qəbula gələn Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarından 115 vətəndaşın müraciətləri dinlənilib və həlli üçün tapşırıqlar verilib. Məsələlərin əksəriyyəti yerindəcə həll edilib.
Səfər çərçivəsində nazir bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. 23-ü Vətən müharibəsi iştirakçısı olmaqla, 91 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.