Qubada taekvondo idman növü üzrə nümunəvi çıxışlar təqdim olunub. Bu barədə ShimalNews 4 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir “İdman hamı üçün” layihəsi çərçivəsində təşkil olunub. Onun məqsədi gənclərin taekvondo idman növünə marağını artırmaq və perspektivli idmançıları aşkar etməkdir.
Mərasimin sonunda fərqlənən idmançılar setifikatla təltif olunublar.