Baş prokuror Kamran Əliyev Qubada vətəndaş qəbulu keçirib. Bu haqda ShimalNews 4 avqust tarixində quruma istinadən məlumat verir.

Görüş Quba rayon prokurorluğunun inzibati binasında təşkil edilib. Qəbulda Quba, Qusar, Xaçmaz və digər rayonlardan olan 23 vətəndaş iştirak edib.

Onların müraciətlərində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli və digər mübahisələr yer alıb.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirib və onlara konkret tapşırıqlar verib.