İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi tələbə qəbulunu 11 avqustadək davam edir. Bu haqda ShimalNews 4 avqust tarixində təhsil ocağına istinadən məlumat verir.
2023/2024-cü tədris ili üçün dövlət vəsaiti hesabına və ödənişli əsaslarla ümumilikdə 22 ixtisas təqdim edilib.
Yüksək texniki peşə təhsili:
- veb dizayn və proqram təminatı – 4 illik,
- mehmanxana və restoran işinin təşkili və idarə edilməsi – 3 illik,
- mühasibat uçotu – 4 illik,
- kənd təsərrüfatı və inşaat texnikasının (maşınların) istismarı – 4 illik,
- kompüter şəbəkələri və şəbəkə inzibatçılığı – 4 illik.
Texniki peşə təhsili:
- aşpaz – 3, 2 və 1 illik,
- elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis – 3 və 1 illik,
- aqroservis mütəxəssisi 2 illik,
- xalçaçı 2 və 1 illik,
- əməliyyatçı-mühasib – 2 və 1 illik,
- qrafik dizayner (ənənəvi qruplar) – 2 illik,
- arıçılıq – 1 illik,
- baytar texniki – 1 illik,
- mehmanxana inzibatçısı – 1 illik,
- dayə – 1 illik,
- turizm sahəsində iaşə üzrə mütəxəssis – 1 illik,
- informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi – 1 illik,
- elektrik qaz qaynaqçısı (ənənəvi qruplar) – 1 illik.
ilk peşə təhsili (tam orta təhsil almaqla):
- kargüzar – 1 illik.
Yüksək texniki peşə təhsili alan tələbələr ali məktəblərə imtahansız qəbul olmaq şansı əldə edirlər.
Qeydiyyat üçün link: http://portal.edu.az/.