İsmayıllıda 8 ha ərazidə yanğın olub. Bu haqda ShimalNews 4 avqust tarixində məlumat verir.
Bizlan kəndi yaxınlığında bələdiyyəyə aid ərazidə 6 ha biçilmiş taxıl sahəsi, meşəətrafı ərazidə 2 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bölmələri cəlb olunub. Meşə zolağı yanğından mühafizə edilib.