İsmayıllıda qanunsuz istehsal edilən ağac kömürü saxlanılıb. Bu haqda ShimalNews 4 avqust tarixində məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Burovdal kəndi ərazisində yoxlama keçiriblər. Saxlanılan nəqliyyat vasitəsində hər birinin çəkisi 4 kq olan 250 kisə kömür aşkar edilib.
Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.