Amerikalı jurnalistlər Quba rayonuna səfər ediblər. Bu barədə ShimalNews 4 avqust tarixində Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.
Tədbirdə RİH başçısının müavini Səidə Abasova və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən bir qrup jurnalist və media işçisi – Vüsalə Abbasova, Əfram Kosafi, Paola Vargas, Paolo Von Şiraç, Selcuk Acar və Kelvin Dark iştirak ediblər.
Səfər zamanı qonaqlar Qırmızı qəsəbə, buradakı sinaqoqlar, yəhudilərin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar. Sonra “Soyqırım memorial kompleksi” ziyarət edilib.