Xaçmazda ağır qəza baş verib. Bu haqda ShimalNews 3 avqust tarixində Report-a istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi zamanı Vadim Manafov ağır xəsarətlər alıb. 27 yaşlı gənc rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daha sonra yaralı Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb. Manafova müştərək və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Araşdırma aparılır.