Xaçmazda abituriyentlər jurnalistika ixtisasına qəbul imtahanı verəcəklər. Bu barədə Shimal.News 17 avqust tarixində Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən məlumat verir.
Jurnalistika ixtisasına qəbul olmaq üçün 519 abituriyent qeydiyyatdan keçib. Onlar avqustun 6-da növbəti mərhələdə iştirak edəcəklər. DİM-in Xaçmaz regional bölməsi tərəfindən təşkil olunacaq qabiliyyət imtahanının məkanı “buraxılış vərəqəsi”ndə qeyd olunacaq.
2 saat 30 dəqiqə davam edəcək imtahana buraxılış saat 09:45-də başa çatacaq və 10:00-da start veriləcək.