Gəndob-Xaçmaz-Yalama avtomobil yolunda qəza baş verib. Bu barədə ShimalNews 3 avqust tarixində məlumat verir.

Rəhimli kəndi ərazisində “Mercedes” markalı minik avtomobili “Ford” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Ramiz Şahbazov, Xədicə Şahbazova və Xalidə Rəcəbova tibb məntəqəsinə çatdırılıblar.

Araşdırma aparılır.