Quba şəhərində “Məmmədyarovlar Kuboku – 2023” Beynəlxalq Şahmat Festivalı start götürüb. Bu haqda ShimalNews 3 avqust tarixində məlumat verir.

Bu gün “Bərpa Spa” mərkəzində festivalın açılışı olub. Burada dövlət qurumlarının, Gənclər və İdman İdarəsinin nümayəndələri, rəhbər şəxslər, gənclər, idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.