Qubanın Barlı kənd sakininin meyiti aşkar edilib. Bu barədə Shimal.News 3 avqust tarixində Report-a istinadən məlumat verir.

47 yaşlı Niyət Qədirovun meyiti yaşadığı evin həyətində tapılıb. Onun özünü ağacdan asaraq intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.