Xaçmaz rayonunda yerləşən istirahət mərkəzində yanğın olub. Bu barədə ShimalNews 3 avqust tarixində məlumat verir.
Hadisə Nabran kəndində yerləşən “Rahat” istirahət mərkəzində baş verib. Sahəsi 100 kv.m olan müxtəlif təyinatlı tikili (mətbəx, ofis və çamaşırxana) yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb edilib.
Əldə olunan görüntüləri oxucularımıza təqdim edirik: