İsmayıllının Bəhliyan kəndi 1987-ci ildən bu günə kimi rabitə xətti ilə təmin edilməyib. Bu haqda ShimalNews 3 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Onlar, eləcə də internetin olmamasından əzyyət çəkdiklərini bildirirlər.

2010-cu ildə 5 kənd sakininə hava xətti ilə işləyən mobil telefon verilib. O, yalnız 2 il xidmət göstərib.

“Övladlarımızın dərslərdə iştirakını təmin etmək və digər zəruri tələbatlarını ödəmək üçün məcbur qalıb internet paketləri alırıq ki, bu da bizə baha başa gəlir. Evdə bir xəstə olanda təcili yardıma zəng etmək ücün adi ev telefonu olmadığı üçün bilmirik nə edək. Məcbur qalıb saatdan asılı olmayaraq, qonşunun mobil telefonundan istifadə edirik”, – kəndlilər bildiriblər.

Aztelekom” MMC-nin yerli nümayəndələri Bəhliyanda olublar. Onlar layihə hazır olandan sonra bu kəndə yeni müasir telefon xətləri çəkiləcəyini və hər evə internet veriləcəyini deyiblər.