Xaçmaz şəhərində yolun hərəkət hissəsi çökərək uzun müddətdir ki, avtomobillərə təhlükə yaradır. Bu haqda ShimalNews 2 avqust tarixində məlumat verir.
Bu hal Bakı prospektində (“Buta” şadlıq sarayının qarşısı) müşahidə edilir. Kanalizasiya lükünün ətrafında olan asfalt dağılaraq dəlik yaradıb. Sürücüləri xəbərdar etmək məqsədilə sakinlər avtomobil təkərlərindən maneə düzəldiblər.

