Qusar şəhərində Metak idman meydançasında futbol turniri baş tutub. Bu barədə ShimalNews 2 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yarışa 2010-2012-ci il təvəllüdlü idmançılar qatılıblar. Burada Quba – Xaçmaz Regional idarəsinin rəisi Nəcəf Novruzov, Qusar rayon gənclər və idman sektorunun müdiri Emil Əmirmətov iştirak ediblər.
Turnirdə 78 idmançı 6 komanda şəklində yarışıb. Sonda qalib komandalar diplomlarla təltif olunublar.