Qusardan olan şəhid Ruslan Cəfərovun xatirəsi anılır. Onun 23 yaşı olacaqdı.
Ruslan 2 avqust 2000-ci ildə anadan olub. 2006-2017-ci illərdə Qusar şəhərinin 2 nömrəli tam orta məкtəbində təhsil alıb. O, Vətən müharibəsi başlayan zaman müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ruslan 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Azıx kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Qusar şəhərində dəfn olunub.
Ruslan Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.