Quba şəhərində “Taekvondo hamı üçün” adlı idman tədbiri keçiriləcək. Bu barədə ShimalNews 2 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Seminar 3 avqust tarixində saat 10:00-da Heydər Əliyev adına mədəniyyət və istirahət parkında baş tutacaq.

Tədbiri təşkil etməkdə məqsəd gənclərin taekvondo idman növünə marağını artırmaqdır.