Qubada Timiryazev qəsəbəsi ərazisində axan çirkli suyun qarşısı alınıb. Bu barədə ShimalNews 2 avqust tarixində məlumat verir.

Quba-Xaçmaz yolunun üzərində kanalizasiya suları daşmışdı. Bir müddət öncə “Azərsu” ASC-nin əməkdaşları təmir işlərini icra ediblər və məsələ həllini tapıb.

Sakinlərin antisanitar vəziyyət haqqında narazı olduqlarını gündəmə gətirmişdik.