Quba rayonunda qanunsuz kömür istehsal edilən quyular aşkar edilib. Bu barədə ShimalNews 2 avqust tarixində məlumat verir.
Polis əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib. Nəticədə Xanagah və Tüləkəran kənd sakinləri Rahib Şixzadayev və Mürvət Dadaşovun qanunazid əməlləri aşkar edilib.
Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.