Qubada kanalizasiya xətti antisanitar vəziyyət yaradır. Bu barədə ShimalNews-a 2 avqust tarixində oxucular məlumat veriblər.
Bu hal Quba-Xaçmaz yolunun Timiryazev qəsəbəsi ərazisindən keçən hissəsində müşahidə olunur. Yol boyu axan çirkab su artıq burada olan çörək sexinə yaxınlaşıb.
Sakinlər “Azərsu” ASC-yə müraciət etdiklərini bildiriblər. Hadisə artıq iki gündən çoxdur ki, davam edir.