Quba rayonunda qanunsuz ağac kömürü istehsalının qarşısı alınıb. Bu haqda ShimalNews 2 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
“Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yoxlamalar aparılıb. Nəticədə Yenikənd kəndində Fərman Aydəmirovun həyətyanı sahəsində kömür quyusu aşkar edilib.
“Faktla bağlı qanunsuz kömür istehsal edən şəxs barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”, – Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.