İsmayıllıda narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə ShimalNews 2 avqust tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.

Polis əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Nəticədə N.Yusifova və T. Pirverdyev şübhəli şəxs qismində saxlanılıblar. Şəxsi axtarış zamanı qadından metadon həbi aşkar edilərək götürülüb. O, ifadəsində həmin psixotrop tərkibli dərmanı Tərlan Piverdiyevin ona saxlamaq məqsədilə verdiyini bildirib.

Keçirilən digər əməliyyat zamanı isə İsmayıllı şəhər sakini Dilqəm İsrayılov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı saxlanılan şəxsdən qurudulmuş marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.