İsmayıllıda “Böyük dayaq” filmi seyr edilib. Bu haqda ShimalNews 2 avqust tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Film Azərbaycan Milli Kino Günü münasibətilə Rayon Uşaq Kitabxanasında nümayiş edilib. Tədbirdə İsmayıllı RİH-nin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Regional Mədəniyyət İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, rayonun fəal gəncləri iştirak ediblər.