İsmayıllıda “Əmək müqaviləsinə xitam verilməsinin əsasları, qaydası və bu zaman işçilərin təminatları” mövzusunda maarifləndirici görüş keçiriləcək. Bu barədə ShimalNews 2 avqust tarixində məlumat verir.

Tədbir avqustun 23-ü baş tutacaq.  Burada iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq regional şöbələrinə elektron qaydada (İsmayıllı: [email protected]) müraciət edə bilərlər.

Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin adı, soyadı, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş edilir.