İsmayıllıdan olan gəncimiz İtaliyada keçirilən Qlobal İntellektual Bilik yarışında uğur qazanıb. Bu barədə ShimalNews 2 avqust tarixində xəbər verir.
İtaliyanın Milan şəhərində keçirilən turnirdə Emil Ağamirzəyev 4-cü yer tutub.
Emil bundan öncə də beynəlxalq olimpiadaların qalibi olub. Türkiyədə 6-cı, Qazaxıstanda 4-cü, Serbiyada 4-cü yerləri tutub. O, eləcə də Danimarkanın ən böyük liseylərindən birinə qəbul olunub.