Quba rayonunda Baş Prokurorluğun təşkilatçılığı ilə konfrans keçirilib. Bu haqda ShimalNews 2 avqust tarixində quruma istinadən məlumat verir.
Ulu öndərin 100 illik yubileyinə həsr olunan tədbir rayonun Heydər Əliyev Mərkəzində təşkil edilib. Toplantıda Quba, Qusar, Xaçmaz rayon prokurorluqlarının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransa qatılan qonaqların çıxışlarından sonra “Böyuk Şəxsiyyət…” adlı film nümayiş etdirilib.