Bakı-Quba yolu 52-119.5 km-də müəyyən hissələrdə təmir işləri aparılacaq. Bu barədə ShimalNews 1 avqust tarixində məlumat verir.
Paytaxtdan Şabran rayonu istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks-istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
Təhlükəsizlik üçün tədbirlər, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması aparılacaq.
Sürücülərdən anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.