Qusar Suvarma Sistemləri İdarəsi cari təmir işlərinə – subartezian quyularının təmirinə avadanlıqların satınalınması ilə bağlı tender elan edir. Bu haqda ShimalNews 31 iyul tarixində Fed.az-a istinadən məlumat verir.

Tələb olunan sənədlər 21 avqust saat 15:00-dək təqdim edilməlidir. Zərflər 30 avqust tarixində açılacaq. Tenderdə iştirak haqqı 100 manatdır.

Satınalan təşkilatın ünvanı: Qusar şəhəri, Ç.Qurbanov, 21a.

Əlaqə telefonu: (070) 939-50-40.