Xaçmaz rayonunun Nabran qəsəbəsində səyyar qəbul keçirilib. Bu barədə ShimalNews 24 iyul tarixində RİH-yə istinadən məlumat verir.
Qəbulda icra başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.
Görüşdə Nabran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Dalğalı, Günəşli, Meşəli, Samurçay, Şimali və Turist qəsəbəsinin, eləcə də Tel kəndi sakinlərinin müraciət və təklifləri dinlənilib.
Onlar elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, bankomatların quraşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.