Quba-Xaçmaz yolunun üzərində ensizləşdirilən yol nəqliyyatın hərəkətində çətinliklər yaradır. Bu barədə ShimalNews-a 7 iyul tarixində oxucular məlumat veriblər.

Sürücülər bildirirlər ki, zolaqlar çox daraldılıb. Üzbəüz gələnər təhlükədən qorunmaq üçün buranı addım-addım keçirlər. Halbuki həmin beton arakəsməni bir qədər enli qoymaq mümkündür.

Tikinti prosesi boyu bu ilk maneə və təhlükə deyil. Öncə işıqlandırılmanın olmaması, eləcə də lazımi işarələr və nişanlarla mühafizə zolağının yaradılmaması qəzalar üçün şərait yaradırdı.

 

View this post on Instagram

 

A post shared by SHIMAL NEWS (@shimal.news)