Şahdağ Turizm Mərkəzinin “İşçilər üçün geyim formalarının satın alınması” tenderi ləğv olunub. Bu barədə ShimalNews 10 iyun tarixində Fed.az-a istinadən məlumat verir.
Təklif vermiş iddiaçıların sayı 3-dən az olub. Bu halda isə Dövlət Satınalmaları haqqında qanuna əsasən, satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.