Qusardan olan daha bir qadın öz biznesinə sahib olub. Bu barədə ShimalNews 10 iyun tarixində Qusar Rayonunun Qadın Resurs Mərkəzinə (QRM) istinadən xəbər verir.

34 yaşlı Fəridə Camalova Qusar rayonunun Mucuq kəndində anadan olub. 2010-cu ildə ailə həyatı qurub və 3 övlad anasıdır. Resurs Mərkəzinə Müraciət edənə kimi qadın heç bir yerdə çalışmayıb.

“Ayaq əməliyyatı keçirmişəm. Fiziki qüsurluyam. Lakin buna  baxmayaraq, həmişə özümü təsdiq etmək istəmişəm. Ailəmin büdcəsinə mənim də qatqım olsun arzusu ilə yaşamışam”- deyə xanım bildirib.

“Sahibkarlıq və biznes bacarıqlarının inkişaf etdirilməsi” təlimində iştirak edən xanım biznes qalibi olub. Qadına biznes qurmaq üçün arı ailələri, bal süzən aparat, xüsusi geyim artıq təqdim olunub.

Uşaqlıqdan atasına arıçılıq fəaliyyətində dəstək olan Fəridə xanım artıq bu işi sərbəst şəkildə sevə-sevə həyata keçirir. Daim arıçılığın sirlərini öyrənməyə çalışır.

Qusar: öz biznesinə sahib olan qadının uğur hekayəsi
Foto Qusar Rayonu Qadın Resurs Mərkəzi