Xudat şəhər 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək! ” devizi altında maarifləndirici tədbir baş tutub. Bu barədə ShimalNews 10 iyun tarixində şəhər RİH-yə istinadən məlumat verir.

Təşkilatçılıq Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, Gənclər və İdman İdarəsi, eləcə də Rayon Təhsil Sektoru ilə birgə keçirilib.

Gənclərə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlərdən danışılıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülən genişmiqyaslı tədbirlərdən bəhs edilib.

Tədbir qarşılıqlı diskussiya şəklində davam etdirilib,  şagirdləri maraqlandıran suallar cavablandırılıb.