İsmayıllı rayonunda dövlət əmlakı təkrar auksiona çıxarılacaq. Bu barədə ShimalNews 10 iyun tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.

Soltankənd kəndində yerləşən Yaradıcılıq Evi hərracda təqdim ediləcək. Əmlakın ilkin satış qiyməti 12.000 manat, beh isə 1500 manat təşkil edir. Tikilinin ümumi sahəsi 673,7 kv.m-dir.

Hərrac 11 iyul saat 10:00-da keçiriləcək.

Əlaqə telefonu: (kod 02028) 5-64-64.