İsmayıllıda qol güləşi idman növü üzrə zona birinciliyi keçirilib. Bu haqda 10 iyun tarixində ShimalNews Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Heydər Əliyev adına parkda keçirilən tədbir 15 İyun – Milli Qurtuluş Gününə həsr olunub. Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi olub. Qalib gələn idmançılar İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Qol Güləşi Federasiyasının İsmayıllı rayon nümayəndəliyi tərəfindən diplom və medallarla təltif ediliblər.

Tədbir İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan  Qol Güləşi Federasiyasının İsmayıllı rayon nümayəndəliyinin birgə təşkilatçılğı ilə baş tutub.