Xaçmaz şəhəri ərazisində küçələrin asfaltlanması aparılır. Bu haqda 9 iyun tarixində ShimalNews Xaçmaz İƏD-ə istinadən məlumat verir.
Elnur Rzayev sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün 30 küçənin əsaslı təmiri ilə bağlı tapşırıq verib. Hal-hazırda M. Sənani küçəsində son tamamlanma işləri görülür.
Mübariz İbrahimov və Cəlal İslamov küçələrində isə asfaltlanma artıq yekunlaşıb.